Gerasimov Ukraynada yaralandı - 20 zabit öldü

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynanın Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə hərbi jurnalist Aleksandr Şulman bildirib.

Məlumata görə, 66 yaşlı Gerasimov sağ ayağının yuxarı üçdə bir hissəsindən qəlpə yarası alıb, nəticədə sümükləri sınıb. Onun həyati təhlükəsinin olmadığı deyilir.

Qeyd edilir ki, ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin zərbə endirdiyi komanda məntəqəsində olublar. Hücum zamanı 20 zabit həlak olub.

Rusiya tərəfi hələlik bununla bağlı rəsmi açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR