İsrailli muzdlu döyüşçülər Ukrayna ordusuna qoşulub -

“Ukraynanın Azov batalyonunda israilli muzdlu döyüşçülər var və onlar Rusiyaya qarşı mübarizə aparır”.

Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, İsrailin bundan xəbərsiz olması mümkün deyil:

“Onların eşitmək istəmədiyi hadisə barədə deyəcəm. Bəlkə maraqlı gələr. Ukraynada israilli muzdlu döyüşçülər Azov silahlılarıyla çiyin-çiyinədir. Bununla bağlı özüm görüntülər izləmişəm”.

Qeyd edək ki, son günlər Rusiya və İsrail arasında diplomatik gərginlik var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR