Fransada alt paltar qalmaqalı: Hər ay 2 min avroya... -

Fransada yenidən prezident seçilən Emmanuel Makronun partiyasından olan Koralie Dubostun gözlənilməz əməli üzə çıxıb.

Metbuat.az xəbər verir ki, 39 yaşlı deputat aylıq 2 min avro dəyərində alt paltar alıb. Lakin o, bu xərcləri parlamentin xərcləri kimi sənədləşdirib.Məlum olub ki, hər ay qadın vəkilə parlamentin xərcləri üçün 5373 avro verilib. O, isə hər ay bu pulun bir hissəsini alt paltarlarına xərcləyib. Vəkilin bu əməli ölkədə etiraz yaradıb. Məsələ Makronun üzərində də təzyiq yaradıb. Məsələ barədə araşdırmaların başlamasından sonra deputat istefa verib. Bu əməlin yaxın aylarda keçiriləcək parlament seçkilərində Makronun partiyasına mənfi təsir edə biləcəyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR