Apreldə ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb

Ötən ay Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən Metbuat.az-a bildirilib ki, 2022-ci ilin aprelində ölkəyə 84 402 xarici vətəndaş gəlib.

Bu, ötən ilin aprel ayı ilə müqayisədə 84 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin aprelində ölkəyə 45 764 əcnəbi gəlmişdi.

Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə isə Türkiyə (22,7 min), Rusiya (19,1 min), İran (13,3 min), Gürcüstan (5,8 min), Hindistan (3,3 min) qərarlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR