Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Metbuat.az xəbər verir ki, bu ada Şotlandiyanın "Reyncers" klubundan Ceyms Tavernye layiq görülüb.

31 yaşlı müdafiəçi Almaniya "Leyptsiq"inə 3:1 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib.

UEFA Konfrans Liqasında isə İtaliya "Roma"sının hücumçusu Temmi Abraham ən yaxşı oyunçu seçilib. 25 yaşlı forvard İngiltərə "Lester"i ilə matçda yeganə qolun müəllifi olub.

Qeyd edək ki, "Reyncers" mayın 18-də finalda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə, "Roma" isə mayın 25-də Niderland "Feyenoord"u ilə ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR