Rusiya nefti dəyər-dəyməzinə satmağa məcbur olur - Tonlarla neft limanlarda qalıb

Dünyanın bir sıra dövlətləri Rusiya neftindən imtina edir. Şimal dövləti milyonlarla ton məhsuluna müştəri tapa bilmir. Müştərilər isə Rusiya neftinə dəyərindən xeyli aşağı qiymət verir.

Metbuat.az xəbər verir ki, “Urals” markalı məhsulun bareli dünya bazarında 79 dollardan baha qiymətləndirilir. Amma Rusiya neftini bu qiymətə sata bilmir. Sanksiyalar fərqli reallıq ortaya qoyub. Moskva nefti 70 dollara çətinliklə sata bilir. Çin Rusiyanın ağır durumundan istifadə edir. Bəzən limanlarda müştərisini gözləyən nefti Pekinə 55-60 dollara alır.

Hindistan Rusiya neftini dəyər-dəyməzinə almaq istəyir. Asiya ölkəsi 70 dollardan da az ödəmək fikrindədir. Rusiya belə müştərini əldən verməyi düşünmür. Çünki Hindistan sanksiyalara görə risk edən azsaylı ölkələrdəndir. İndi Rusiyadan hər hansı məhsul almaq Qərbin, xüsusilə ABŞ-ın qəzəbinə tuş gəlmək deməkdir. Təkcə müharibə günlərində Kremldən 40 milyon bareldən çox neft alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR