Bakıda külək xəstəxananın damını uçurdu -

Ötən gün axşamdan davam edən güclü külək Bakıda yeni təmirdən çıxmış xəstəxananın damını uçurub.

Metbuat.az xəbər verir ki, Yasamal rayonu, Tağı Şahbazı küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasının damı uçaraq yola və yaxınlıqdakı parka düşüb. Nəticədə bir neçə avtomobil əzilib, ağaclar qırılıb.

Qeyd edək ki, Uşaq Nevroloji Xəstəxanası yeni təmirdən çıxmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR