Asya Fuaddan boşanması haqda ilk dəfə danışdı:

Tanınmış influenser Asya İsmayılova boşanmasının səbəbləri barədə danışıb.

Bu barədə o, olay.az-a müsahibə verib.

O bildirib ki, həyat yoldaşından xəyanətə görə ayrılmayıb:

“Tamam başqa mövzudu. Amma xəyanət nə vaxtsa olub və mən bağışlamışam. Uşaqlarıma görə, ailəmi qorumaq üçün əfv etmişəm, keçmişəm. Bunu artistliklə demək lazım deyil ki, xəyanət tutmamışam, məni həmişə sevib. Zatən sosial şəbəkənin çox hissəsinin bundan xəbəri var. Həmişə oxumuşam, yazıblar ki, Asya bağışlayıb. Düzdü, indi də elə biliblər ki, xəyanətə görədir. Amma bağışlamışam, göz yummuşam. Buna görə peşman deyiləm. Bağışlamasam, peşman olardım ki, bəlkə vəziyyəti düzəldə bilərdim, etmədim. İndi sevinirəm ki, ailəmi qorumaq üçün hər şey etmişəm”.

O qeyd edib ki, sevgi bir mübahisə ilə ölən bir şey deyil:

“Ən çox qorxduğum şey hisslərimin bitməsi, münasibətimi sonlandırmağım idi. Bu da baş verdi.

Mənim üçün sevgi çox önəmlidir. İnsanlar yazır ki, uşaqlarına xatir döz. Mən istəyirəm ki, övladlarım xoşbəxt ailədə böyüsünlər. Onun əvəzinə danışa bilmərəm ki, məni sevir, ya yox. Fikrimcə, o da məni sevmir. Bunun üçün səbəblər var. Fuad məni çox istəyib, dəyər verib. Fuad sevginin nə olduğunu bilmir. Sevgi qarşı tərəfə nəsə almaqla, harasa aparmaqla deyil. Heç nəyim olmasın, amma məni dəli kimi sevən biri olsun. Fuad bunu dərk etməyib. Münasibəti bitirən mənim sevgimin tükənməsi oldu. Bu mübahisələrə dözmək, göz yumub davam etmək istəmədim. Mənə yazdılar ki, güclü ol və sairə. Sadəcə xoşbəxt olmaq istəyirəm. Ümid edirəm Fuad da bir gün kimisə çox sevər. Bunu ona arzu edirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR