Millimiz Küveytə qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 6:2 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Millimizin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.

Bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq. Bundan əvvəlki iki sınaq matçında yığmamız 5:0, rəqib isə 2:0 hesablı qələbəyə sevinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR