Ermənistan seçim etməlidir: Ya Putinin qurmaqda olduğu SSRİ-ya da... - Keçmiş nazir

“Ukraynadakı müharibədən sonra dünyada yeni təhlükəsizlik sistemi formalaşacaq”.

Metbuat.az xəbər verir ki, Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov Azadlıq Radiosunun Ermənistan nümayəndəliyinə belə açıqlama verib. O bildirib ki, Ermənistan mümkün qədər tez vaxtda yeni təhlükəsizlik sistemində özünə yer tapmalıdır. Avakovun sözlərinə görə, Ermənistan seçim etməlidir.

“Bu seçim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yox, NATO ilə bağlı edilməlidir. Ermənistan artıq BMT-də Rusiyaya dəstək səsi vermir. Bu yaxşı başlanğıcdır. Ermənistan Vladimir Putinin qurmaqda olduğu yeni “SSRİ”-nin bir hissəsi olmağı deyil Brüssel yolunu seçməlidir ” - deyə Avakov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR