Qazaxın 7 kəndi ilə bağlı XİN-dən

"Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır".

Metbuat.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bu ərazilər Azərbaycan ərazisidir. Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq", - X.Xələfov əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR