Səhiyyə Nazirliyi özbaşına karset taxanlara müraciət edib

“İnsanlarda onurğada olan fizioloji əyrilik ya anadangəlmə, ya da sonradan qazanılmış problem kimi özünü büruzə verir”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov deyib.

Onun sözlərinə görə, qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyllilik olur: "Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir. Karset taxılması da müayinə nəticəsində məsləhət görülə bilər. Yəni özbaşına karset taxılması müalicə üsulu deyil”.

O bildirib ki, sadəcə peşəkar həkim müayinəsindən sonra xəstəlik növünə görə müalicə növü təyin edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR