Marketdən alınan çörəyin içindən dəmir çıxdı -

“Çörəkçi” zavodunun istehsalı olan baton sadə çörəyinin içərisindən dəmir çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Amil Hacıyev öz feysbuk hesabında paylaşım edib.

O bildirib ki, "Al Market"dən aldığı çörəyi yemək istəyərkən içərisində bolt görüb.

"Çörəyi al çörəkçidən, içində də bolt-qaykası ilə. "Al marketdən" alınan çörəyin içindən çıxıb. Deyəsən, "Çörəkçi" stomotoloqlarla şərik işləyir" , - deyə o qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR