NATO Finlandiyaya təminat verdi

“Finlandiya üzv olmaq üçün müraciət edərsə, NATO məmuniyyətlə qarşılayacaq”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, NATO-ya üzv olmaq Finlandiyanın suveren qərarıdır. Onun sözlərinə görə, Finlandiyanın NATO-ya üzv olması sürətli və təhlükəsiz olacaq.

Qeyd edək ki, Finlandiya Prezidenti Sauli Niinistö və Baş nazir Sanna Marin ölkənin NATO-ya üzv olması barədə birgə açıqlama yayıb. Ölkə rəhbərliyinin sözlərinə görə, Finlandiya NATO-ya üzv olmaq üçün dərhal müraciət etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR