Hitlerin xəzinəsi tapıldı: Tonlarla qızılı heç kimin ağlına gəlməyən yerdə gizlədiblər

Polşada “Silesian Birdge” adlı qızılaxtaranlar qrupu faşistlərə aid olduğu bildirilən xəzinə tapıblar.

Metbuat.az xəbər verir ki, qızılaxtaranlar faşist hərbçinin gündəliyindəki qeydlər əsasında xəzinənin yerini müəyyənləşdiriblər. Məlumata görə, tapılan qızılın çəkisi 4 tondur. Lakin araşdırmalar nəticəsində məlum olub ki, qızıl başqa metallara qarışıb.

Qızılın digər metallardan ayrılması üçün rəsmi dairələrin icazəsi gözlənilir. Məlumata görə, xəzinənin tapıldığı yer evin baxçasında yerləşir. Güman edilir ki, Hitlerin əsgərləri xəzinənin SSRİ ordusunun əlinə keçməsinə mane olmaq üçün 1939-cu ildə qızılı torpağın 1 metr yarım altında gizlədib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR