Azərbaycan təmsilçisi "Avroviziya-2022"nin finalına yüksəlib -

İtaliyanın Turin şəhərində Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin çıxış etdiyi 66-cı "Avroviziya-2022" Beynəlxalq Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Metbuat.az xəbər verir ki, müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli "Fade To Black" adlı mahnı ilə çıxış edib.

Səsvermədən sonra ilk onluğa daxil olan Azərbaycan mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanıb.

Həmçinin, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR