ABŞ Finlandiyanın NATO-ya üzv olmasına dəstək verəcək

ABŞ Finlandiya və İsveçin NATO-ya üzv olmasına dəstək verəcəklərini ifadə edib.

Metbuat.az xəbər verir ki, “Ağ ev”in sözçüsü Cen Psakinin sözlərinə görə, bu ölkələrin seçiminə hörmət etmək lazımdır. Onun sözlərinə görə, həm Finlandiya, həm də İsveç NATO və ABŞ-la müttəfiqdir. Cen Psaki tərəflərin çox sayda təlimlərdə birgə iştirak etdiyini və sıx əlaqələrinin olduğunu ifadə edib.

Qeyd edək ki, Finlandiya rəhbərliyi NATO-ya üzv olmaq üçün müraciət edəcəklərini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR