"Taliban"ın qadınlarla bağlı qərarı BMT-ni hərəkətə keçirdi

BMT-nin Təhlükəsizlik Şurası “Taliban”ın qadınlarla bağlı tətbqi etdiyi yeni qaydaları müzakirə etmək üçün qapalı toplantı keçirib.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Barbara Voodvard bildirib ki, toplantıda BMT-nin Əfqanıstandakı fəaliyyəti müzakirə edilib, ölkədə yaşayan qızların və qadınların vəziyyəti nəzərdən keçirilib. Toplantıda çıxış edənlər bildiriblər ki, “Taliban” ölkədəki humanitar fəlakətə diqqət ayırmaq əvəzinə qadınlar üzərində təzyiqləri artırır.

Qeyd edək ki, “Taliban” ötən həftə ölkədə yeni qaydalar tətbiq edib. Qaydaya görə, qadınların tamamilə qapalı geyinməsi məcburidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR