İtaliyaya sığınan ukraynalıların sayı açıqlandı

Bu vaxtadək İtaliya ərazisinə daxil olan ukraynalı qaçqınların sayı 115 mini ötüb.

Metbuat.az xəbər verir ki, İtaliyaya ümumilikdə 115 min 342 Ukrayna vətəndaşı gəlib. Onlardan 60 min 85-i qadın, 16 min 93-ü kişi və 39 min 146-sı azyaşlıdır.

Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR