Avropanın gözlədiyi imza atıldı:

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzv olmasını nəzərdə tutan sənədi imzalayıb.

Metbuat.az xəbər verir ki, diplomat sənədə canlı yayımda imza atıb. O bildirib ki, bu, İsveç üçün ən yaxşı seçimdir. Diplomat müraciət sənədinin qısa zaman ərzində Finlandiya ilə birlikdə NATO-ya göndəriləcəyini ifadə edib.

Qeyd edək ki, ötən gün İsveç parlamenti ölkənin NATO-ya üzv olmasını dəstəkləyən sənədi təsdiq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR