Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin mütəxəssisləri tərəfindən Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlara baxış keçirilib.
Dövlət Xidmətindən Metbuat.az-a verilən məlumata görə, monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkar edilib.
"Qeyd etmək istərdik ki, Azərbaycan ərazisində ilk dəfədir ki, daş buğa (camış) fiquru aşkar olunur", - məlumatda bildirilib.