NATO-nun Hərbi Komitəsi toplandı

Brüsseldə NATO ölkələrinin Baş Qərargah rəisləri bir araya gəlib.

Metbuat.az xəbər verir ki, toplantının açılışında çıxış edən NATO hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, Ukrayna müharibəsi səbəbilə hərbi ittifaq üçün yeni dönəm başlayıb. Onun sözlərinə görə, NATO son bir neçə ay ərzində hadisələrə sürətli və təsirli şəkildə cavab verə bilib və bu illər əvvələ həyata keçirilən tədbirlərin bəhrəsidir. İclasda Ukraynadakı vəziyyət müzakirə edilib.

Hərbi komitə 7 iclas keçirəcək və iclasın yekunlarına dair mətbuat konfransı təşkil ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR