​Bakıda gənclər üçün “Cavan Urban Fest” keçiriləcək

Bakı Avropa Oyunları Parkında 28 May Müstəqillik Gününə həsr olunmuş “Cavan Urban Fest” layihəsi keçiriləcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi, Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə keçiriləcək festival 28, 29 və 30 may tarixlərində olmaqla, üç gün davam edəcək.

Festival çərçivəsində müasir incəsənət, rəqs, bitboks, skeytbord, 3x3 basketbol yarışları və master-klasslar baş tutacaq.

Günün sonunda isə məşhur qrupların ifasında canlı musiqilər təqdim ediləcək.
Layihənin keçirilməsində əsas məqsəd urban mədəniyyətinin gənc nümayəndlərinə dəstək olmaq və bu sənət növlərinə olan marağı artırmaqdır.

Qeyd edək ki, festivala giriş həm izləyicilər, həm də iştirakçılar üçün tamamilə ödənişsizdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR