Binəli Yıldırım:

“Vaxtı ilə keçmiş Prezident Əbülfəz Elçibəy 4 helikopter istəyəndə göndərə bilmədik. Amma Türkiyə bu gün Azərbaycan Prezidentinə “Qarabağ məsələsində yanınızdayıq” deyə bildi”.

Metbuat.az-ın məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım deyib.

“Türkiyə bu mövqeyə asanlıqla gəlməyib. Biz insanların göz rənglərinə deyil, göz yaşlarına baxırıq. Bu göz yaşları həmişə eyni rəngdədir. Odur ki, biz türkdilli dövlətlər olaraq həmişə həmrəy olacağıq”, - o qeyd edib.


Bizi telegramdan izləyin - https://t.me/metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR