"Şamaxı" moldovalı qapıçı ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" klubu qapıçısı Stanislav Namaşko ilə müqavilənin müddətini uzadıb.

Bölgə təmsilçisinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, klubun İdarə Heyəti 36 yaşlı qolkiperin sözləşməsinin daha bir il artırılması barədə qərar verib.

Qeyd edək ki, Moldova millisinin üzvü 2019-cu ildən "Şamaxı"da çıxış edir. Namaşko 2020/2021 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR