Rusiyalı iş adamlarının dondurulmuş 10 milyardlıq hesabları Ukraynaya verilə bilər

Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Birliyi rusiyalı iş adamlarının ümumilikdə 10 milyard avroyadək hesablarını dondurub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası rusiyalı iş adamlarının dondurulmuş hesabları ilə bağlı qanun layihəsi hazırlayır. Sənəd qəbul olunarsa iş adamlarının hesabları müsadirə ediləcək.

Təklifə görə, müsadirə edilən məbləğ Ukrayna hökumətinə verilə və Ukraynada yenidənqurma işlərinə sərf edilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR