Litvada Ukraynaya dəstək üçün kampaniya başladılıb.
Metbuat.az xəbər verir ki, litvalılar yığılacaq məlbəğlə Türkiyədən PUA alaraq, Ukraynaya pulsuz verəcək. Kampaniyaya dövlət rəsmiləri, nazirlər və sənətçilər də dəstək verib. İndiyə qədər 1 milyon dollar toplanıb. Təşkilatçılar daha 4 milyon dollar toplamaq niyyətindədir. Məlumata görə, kampaniyanı “Laisves” telekanalının qurucusu, nüfuzlu jurnalist Andrius Tapinas başladıb.
Qısa zaman ərzində onun təklifi böyük maraq yaradıb. 5 milyon dollar toplansa litvalılar Bayraktar TB2 PUA-sı alacaq.