Zelenskidən etiraf: "Vəziyyət çox pisdir"

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində vəziyyətin pis olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna ordusu hər gün 100-ə qədər hərbçi itirir. 500-ə qədər ukraynalı hərbçi yaralanır. Dövlət başçısı növbəti dəfə Qərbə səslənərək dəstək istəyib. Zelenski bildirib ki, Rusiya ordusu Ukraynanın yük gəmilərinin limanlardan ayrılmasına imkan vermir. “Rusiya 22,5 milyon taxılın limanlardan ayrılmasına icazə vermir” deyən Zelenski, dəniz istiqamətindən blokadadan çıxmaq üçün silahlara ehtiyac olduğunu ifadə edib.

“Dənizə çıxışı olan bu ərazini blokadadan çıxarmaq üçün bizə mənzili 120-140 kilometrə çatan silahlar lazımdır” - deyə Zelenski bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR