Rüdiger “Real”da

“Real” “Çelsi”nin futbolçusu Antonio Rüdigerin transferini rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Almaniyalı müdafiəçinin “Çelsi” ilə müqaviləsi bu ayın sonunda başa çatacağı üçün o, “Real”a pulsuz transfer olunub. 29 yaşlı oyunçu ilə iyunun 20-də müqavilə imzalanacaq.

Qeyd edək ki, Rüdiger 2017-ci ildən “Çelsi”də oynayırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR