"Zirə" və "Neftçi" futbolçularına görə cərimələnib

AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını futbolçularına görə cərimələyib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında XXVIII turun “Şamaxı” ilə ev oyununda “Zirə”nin legioneri Hamidu Keyta təcavüzkar davranışa yol verdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi onu 2 oyunu şərti olmaqla 4 matçlıq cəzalandırıb, klubu isə 3 200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Neftçi” isə "Qarabağ"la səfər görüşündə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR