Su üçün həyatlarını riskə atan hindistanlı qadınlar -

Hindistanda bir qadının su əldə etmək üçün quyunun divarına kəndirsiz dırmandığı video sosial şəbəkələrdə sürətlə yayılıb.

Metbuat.az BBC-yə istinadla xəbər verir ki, bu görüntülər Hindistanın mərkəzi Madhya Pradeş əyalətində çəkilib.

Görünütlərdə qadının su götürmək üçün kəndir və qoşqu olmadan quyuya girdiyi görünür. Qeyd edilib ki, Qusiya kəndinin əhalisi quyu və gölməçələr quruduqdan sonra belə ekstremal tədbirlər görməyə məcbur olub.

Qəzəbli kəndlilər isə hökumətə etiraz olaraq bu il yerli seçkiləri boykot edəcəklərini bildiriblər: "Hökumət işçiləri və siyasi liderlər buraya yalnız seçkilər zamanı gəlirlər. Bu dəfə biz lazımi su təchizatı olmayana qədər səs verməmək qərarına gəldik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR