Vurulan vaksin sayı 14 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 733 837, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 965, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 287 895, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 651 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR