Bakının mərkəzində çoxillik ağaclar KƏSİLİB -

Xəbər verdiyimiz kimi, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır:

"Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır. Yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə təşəkkür edirik", - deyə məlumatda qeyd olunub.


11:11

"Şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən?"

Metbuat.az xəbər verir ki, bu barədə telejurnalist Azər Qərib özünü feysbuk hesabında paylaşım edib. O bildirib ki, şhərin mərkəzində çoxillik ağaclar kəsilib və yerinə parkinq yerləri salınıb:

"Bilirsiniz bu nədir? Bu, bespredelın pik nöqtəsidir. 50 metr aralığda yeraltı parkinq var, amma məmur axı xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin. Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən? Bu qədərmi harınlaşma prosesi dərinləşib? Görəsən, 200 metr aralığda yerləşən Səbayıl İcra hakimiyəti və Ekoloqiya Nazirliyi nə düşünürlər bu haqda? Yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməkləmi bitəcək məsələ?", - deyə jurnalist narazılığını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR