Sərt mesaj: Fikrimiz qətidir, qarşımıza heç kim çıxmasın

Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyanın şimalında planlaşdırılan antiterror əməliyyatları barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyə terrorçuların hamısı məhv edilənə qədər dayanmayacaq. “Biz fikrimizdə qərarlıyıq” deyən Akar bildirib ki, bu məsələdə heç kim Türkiyənin qarşısına çıxmamalıdır. Akarın sözlərinə görə, Türkiyənin tək hədəfi terrorçulardır.

“Məqsədimiz Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Türkiyə qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşır” - deyə Akar bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR