Millimiz böyük hesabla uduzdu

Bu gün U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub və 0:3 hesabı ilə uduzub.

7 iyun

Avro-2023, seçmə mərhələ

Finlandiya - Azərbaycan - 3:0
Qollar: Skottya 50, Antmann 55, Sadiku 79

Reallaşdırılmayan penalti: Musa Qurbanlı 48 (qapıçı)

Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller
(hamısı Lüksemburq)

"Helsinki Football Stadium".

Qeyd edək ki, Azərbaycan yığması hazırda7 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR