Millətlər Liqası: Ermənistan məğlub oldu, Ukrayna qələbə qazandı

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb.

A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb. Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.

B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı 1 qolla yenib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR