Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter paylaşımında deyilir.

Tədbirdə Azərbaycan XİN başçısının müavini Xələf Xələfov və Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev iştirak edirlər.