Lavrov: "Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik"

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik”.

Metbuat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra söyləyib.

“Həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq. Bu, regionda vəziyyətin sağlamlaşmasına yol açacaq. Bu kontekstdə “3+3” formatı da dialoqun bərqərar edilməsi və region ölkələri arasında çoxplanlı əməkdaşlıq üçün vacib əlavə kanaldır”, - Rusiya XİN başçısı vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR