Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov bu ölkənin Xəbər Agentliyinin (KUNA) dikrektoru vəzifəsini icra edən Məhəmməd əl-Mənnai ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tərəflər Azərbaycan-Küveyt media əməkdaşlığının inkişafı və ölkələrin xəbər agentlikləri arasında informasiya mübadiləsinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.