“Neftçi”, “Zirə” və “Qəbələ”nin rəqibi bilinəcək -

Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Metbuat.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Azərbaycan təmsil edən "Neftçi" “səpələnmişlər”, Zirə" və "Qəbələ" isə “səpələnməmişlər” səbətində yer alıblar.

“Neftçi”nin 5 potensial rəqibi: "Dinamo" (Minsk, Belarus) – "Deçiç" (Monteneqro) cütünün qalibi ə “Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi, "Aris” (Kipr), “Makedoniya” (Şimali Makedoniya)”, “Velej” (Bosniya və Herseqovina).

"Qəbələ"nin 5 potensial rəqibi:

APOEL (Kipr)

“Başakşehir” (Türkiyə)

“Fehervar” (Macarıstan),

"Aris” (Yunanıstan)

"Radniçki” (Serbiya)

“Zirə"nin 5 potensial rəqibi:

“Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi

BATE (Belarus)

“Kayrat” (Qazaxıstan)"

Universtatya” (Krayova, Rumıniya)

“Makkabi” (Təl-Əviv, İsrail).

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR