Əsədə İranla bağlı şok xəbərdarlıq: “Prezident sarayını bombalayacağıq” -

İsrail Suriya Prezidenti Bəşər Əsədə İranla əməkdaşlığı dayandırmaq və ya azaltmaq barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Elaph” xəbər portalı İsrail hökumətindəki etibarlı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, xəbərdarlığa görə, Suriya İranla əməkdaşlığı azalatmasa Prezident sarayı və digər əhəmiyyətli obyektlər bombalanacaq. İddialara görə, İsrail Bəşər Əsədə xəbərdarlıq etmək üçün ötən həftə Dəməşqdəki hava limanını bombalayıb. İddialara görə, hücum İrandan Dəməşqə silahların daşınması zamanı təşkil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR