Bu gün Medianın İnkişafı Agentliyində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları ilə görüş keçirilib.

Bu barədə Metbuat.az-a MEDİA Agentliyindən xəbər verilib.

Görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

Görüş zamanı türk dövlətlərinin media əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.