Yaşar Vahabzadə daha bir il "Kəpəz"in baş məşqçisi olacaq

"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə bağlı qərarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, 62 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənib. Gəncə təmsilçisi ilə 1 illik sözləşmə imzalayan baş məşqçi Premyer Liqada da komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Yaşar Vahabzadə I Divizionda son 3 mövsümdə komandaya rəhbərlik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR