Kənddə dəhşətli hadisə:

Efiopiyanın Oromia bölgəsindəki kəndə təşkil edilən silahlı hücum nəticəsində təqribən 300 nəfər həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə yerli polisin yaydığı hesabatda deyilir. Bildirilir ki, polislər məlumatı yerli sakinlərin ifadəsi əsasında hazırlayıb. Sakinlər təhlükə səbəbilə adlarını açıqlamaqdan imtina ediblər. Bildirilir ki, bu son illərin insan tələfatı ilə nəticələnən ən dəhşətli hücumudur. Hücumun 3 gün əvvəl təşkil edildiyi deyilir. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Oromo bölgəsində bir neçə etnik qrup yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR