Azərbaycan və Özbəkistan media qurumları arasında memorandum imzalanıb -

Daşkənddə Özbəkistan və Azərbaycanın media qurumları arasında memorandum imzalanıb.

Bu barədə Metbuat.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb.

Memorandumu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov və Özbəkistanın Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imzalayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR