Rusiyanın hərbi helikopteri icazəsiz Estoniyaya daxil oldu:

Rusiyaya məxsus hərbi helikopter Estoniya ərazisinə daxil olub.

Metbuat.az xəbər verir ki, helikopter 2 dəqiqə icazəsiz Estoniya ərazisində uçub. Sərhədin pozulmasına görə, rusiyalı səfir Estoniyanın Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz təqdim edilib. Bildirilir ki, Estoniya ordusunun xəbərdarlığından sonra rus helikopteri ölkə ərazisini tərk edib. Məlumata görə, Rusiya cari ildə ikinci dəfədir sərhədi pozur.

Qeyd edək ki, ötən həftə Rusiyanın hərbi gəmisi Baltik dənizində Danimarka sularına daxil olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR