Azərbaycanlı futbolçu "Arsenal"dan getdi -

Rusiyanın “Arsenal” komandasında forma geyinən əslən azərbaycanlı olan Ayaz Quliyev növbəti mövsüm “Axmat” klubunda oynayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Ayaz Quliyevin “Arsenalla” müqaviləsi gələn il başa çatır. Azərbaycanlı futbolçunun transfer qiyməti 500-700 min civarında dəyərləndirilir. Ayaz Quliyev ötən mövsüm 26 oyunda oynayıb. 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Arsenal” klubu sonuncu yeri tutduğu üçün 1-ci liqaya enib. “Axmat” klubu isə mövsümü 7-ci yerdə bitirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR