Tahir İmanov gilas ala bilməyən deputatı belə lağa qoydu - VİDEO

"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının "İmkan edib, təzə meyvələrdən ala bilmədim" açıqlamasına ironik yanaşıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Tahir İmanov deputatı parodiya edərək sosial şəbəkədə video yayımlayıb.

Əməkdar artist videoda deputatı ələ salaraq telefon zənglərini cavablayırmış kimi yamsılayıb. Gələn zənglərdə ona ünvanlanan sualları cavablayaraq: "Bentley" alırsan? Neçəyədir? 250 min? Yaxşı, al" desə də, bir digər zəngdə isə "başın xarab olub, 8 manata gilas olar?! Mənə 8 manata gilas lazım deyil. Məni bankrot etmək istəyirlər", - deyərək lağa qoyub.

Sözügedən görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR