Ayxan Mamayevin növbəti uğuru -

"Diamond Company MMC" tikinti şirkətinin fəaliyyətinə start verilib.

Metbuat.az xəbər verir ki, yarandığı andan şirkətin devizi məşğul olduğu sahələrdə tərəqqinin önündə getmək olub. Şirkətin təsisçi və direktoru dünya və avropa çempionu, İslam Həmrəylik və Avropa oyunlarının qalibi, şöhrət ordenli idmançı Ayxan Mamayev və tikinti sahəsində öz sözünü demiş Emin Cavadovdur. Şəhər məkanlarından birində baş tutan açılış mərasimində idman ictimaiyyətində uğurla tanınan şəxslər, iş adamları, həmçinin bir sıra incəsənət nümayəndələri də iştirak etdilər! Məlumat üçün qeyd edək ki, şirkət inşaat, tikinti, memarlıq, elektrik kommunikasiya və bu sahələrə bağlı bütün iş kompleksini əhatə edərək, layihələndirmədən başlayaraq, istismara təhvil mərhələsinə kimi bütün işləri icra edəcək.Keyfiyyət şirkətin işində əsas məqsəddir. Bu baxımdan müştəri və şirkətin nüfuzunu ən yüksək səviyyədə saxlamağı və beynəlxalq standartlara uyğun xidmət təklif etməyi hədəfləyir.

"Diamond Company" - həyatını parlaq yaşa!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR