Həvəskar yazarların kitabı təqdim edildi -

26 iyun 2022-ci il tarixində ''Bookzone" kitab evində, "Laboratory of Art"incəsənət platforması özünün ilk brendbuk tərzli, həvəskar yazarların seçilmiş hekayələrindən ibarət "Qələmimizdən qəlbinizə"adlı kitabını təqdim edib. Kitabda 8 müəllifdən müxtəlif janrda hekayələr cəmlənmişdir.

Metbuat.az xəbər verir ki, layihənin ideya müəllifi ölkəmizin müasir ədəbiyyatında ilk qorxu janrının yazarı Fərid Nəsibzadədir.

"Komandamızla bu dəfə fərqli layihə hazırlamışıq.Yeddi aydan çox davam edən bu layihəni ortaya çıxarmaqda məqsəd, ədəbiyyatımıza tövhə vermək, yeni qələm sahiblərini oxucularla tanış etməkdir. Məsələnin ən maraqlı tərəfi odur ki, layihəmizdə iştirak edən yazarların hekayələri ilk dəfədir ki, kitabda çap olunur. Düşündük ki, istedadların işlərini rəsmiləşdirək. Hazırda şairlərimiz üçün də "Laboratory of Art" brendi altında yeni kitab layihəsini başlatmışıq və ilk fürsətdə də onu təqdim edəcəyik",- deyə Nəsibzadə bildirib. Qeyd edək ki, layihənin çap tərəfdaşı "Bookzone Group"dur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR